Yuxarı

İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb - FOTO

Xəsarət alanlar barədə məlumat daxil olmayıb
© Katarina Höije/Sveriges Radio

Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveçin Erebru şəhərindəki məscidin bir hissəsi güclü yanğın səbəbindən dağılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları yanğına kiminsə qəsdən səbəbkar olduğunu düşünürlər.

Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Yanğınsöndürmə xidmətinin rəhbəri Mattias Heymdal məsciddə yanğının müvəffəqiyyətlə söndürüldüyünü bildirib. O, binanın, demək olar, yarısının dağıldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, yanğın gecə saatlarında baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi