İsveçdə keçirilən nümayişdə 23 nəfər həbs edilib

İsveçdə keçirilən nümayişdə 23 nəfər həbs edilib Onların 22-i kişi, 1-i qadındır
Digər ölkələr
1 Oktyabr , 2017 13:41
İsveçdə keçirilən nümayişdə 23 nəfər həbs edilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə İsveç Prokurorluğunun mətbuata açıqlamasında bildirilir.

Qeyd olunur ki, Qöteburqun növbətçi prokuroru şənbə və bazar gününə keçən gecə ərzində zorakılıqlarla müşahidə olunan kütləvi qarışıqlıqlar törətməkdə şübhəli bilinən 23 nəfərin həbsi barədə qərar qəbul edib.

Prokurorluq həbs edilən fəalların hansı siyasi qrupa aid olduğunu açıqlamayıb. Bildirilir ki, onların 22-i kişi, 1-i qadındır. Həbs edilənlər 20-50 yaşlı insanlardır. Onların əksəriyyəti – 21 nəfəri İsveç, 2-i şimali Avropa ölkələrinin vətəndaşlarıdır.

Təxminən 600-700 nəfərin iştirak etdiyi "Şimali Avropa Müqavimət Hərəkatı" neonasist təşkilatının nümayişi şəhər mərkəzi üzrə, bir neçə yüz metrlik marş kimi planlaşdırılıb. Ancaq neonasistlər bir neçə min fəal yığmış rəqiblərinə - sol radikal qrupların nümayəndələrinə görə yerlərindən tərpənə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi