Bakı. 19 mart. REPORT.AZ/ İsveçin ikinci böyük şəhəri sayılan Göteburgda bu gecə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atışma şəhər restoranlarından birində baş verib.
İlkin məlumata görə, iki düşmən kriminal qruplaşmanın üzvləri arasında yaşanan qarşıdurma sonunda qanlı bitib.
Hadisə yeri polis tərəfindən nəzarət altına alınıb.