İsrailin xarici ölkələrdəki səfirlikləri tətilə hazırlaşır

İsrailin xarici ölkələrdəki səfirlikləri tətilə hazırlaşır İsrailin dünya ölkələrindəki diplomatik nümayəndəlikləri oktyabrın 30-dan etibarən onlara uzun illər ərzində mövcud olmuş vəsait ayrılma sisteminin dəyişdirilməsi barədə Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayır.
Digər ölkələr
30 Oktyabr , 2019 13:37
İsrailin xarici ölkələrdəki səfirlikləri tətilə hazırlaşır

İsrailin dünya ölkələrindəki diplomatik nümayəndəlikləri oktyabrın 30-dan etibarən onlara uzun illər ərzində mövcud olmuş vəsait ayrılma sisteminin dəyişdirilməsi barədə Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin Paris, Moskva, Kiyev səfirliklərinin, Toronto, Sankt-Peterburq baş konsulluqlarının açıqlamalarında deyilir.

Adıçəkilən nümayəndəliklərin müvafiq bildiriş verilənədək fəaliyyətini dayandırdıqları, eyni zamanda bu böhran vəziyyətinin tezliklə həllini tapacağına ümidvar olduqları bildirilir.

Son xəbərlər

Orphus sistemi