​İsrailin Suriyanı raket atəşinə tutması nəticəsində 5 nəfər ölüb

​İsrailin Suriyanı raket atəşinə tutması nəticəsində 5 nəfər ölüb Ötən gün Suriya ərazisindən İsrailə 14 raket atılıb
Digər ölkələr
21 Avqust , 2015 15:25
​İsrailin Suriyanı raket atəşinə tutması nəticəsində 5 nəfər ölüb

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün İsrail ordusu Suriyanın Colan təpələri ərazisini yenidən raket atəşinə tutub.

"Report" "əl-Cəzirə"yə istinadən xəbər verir ki, raket atəşləri nəticəsində 5 mülki sakin həyatını itirib.

İsrail tərəfi isə ölənlərin Fələstin silahlıları olduğunu iddia edib.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələri Suriya ərazisinə və Bəşşar Əsədə bağlı ordunun mövqelərinə bundan əvvəl də aviazərbələr endirib.

Hava zərbələrinə xüsusilə paytaxt Dəməşqin 40 km-də yerləşən Kumeytra yaşayış məntəqəsi ərazisində yerləşən infrastruktur obyektləri məruz qalıb.

Ötən gün Suriya ərazisindən İsrailə 14 raket atılıb. Raketlərdən ikisi Qaliley yaşayış məntəqəsi yaxınlığına, digər ikisi isə Colan təpələri ərazisinə düşüb.

Son xəbərlər

Orphus sistemi