İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur Bakı. 20 noyabr. REPORT.AZ/ İsrailin daxili işlər naziri, ŞAS Partiyasının lideri Arye Deri maliyyə fırıldağında ittiham olunur.
Digər ölkələr
20 Noyabr , 2018 19:31
İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

Bakı. 20 noyabr. REPORT.AZ/ İsrailin daxili işlər naziri, ŞAS Partiyasının lideri Arye Deri maliyyə fırıldağında ittiham olunur.

“Report” "Anadolu"ya istinadan xəbər verir ki, nazir vergidən yayınmaq, çirkli pulların yuyulması və başqa maliyyə cinayətlərində günahkar bilinir.

Polisdən bildirilib ki, A.Deri cinayətlərin çoxunu 2015-ci ilədək - daxili işlər naziri təyin olunanadək törədib.

O, 2000-ci ildə korrupsiyada ittiham olunaraq 22 ay azadlıqdan məhrum edilib. Cinayət işi ilə tanış olduqdan sonra prokurorluq istintaqa başlayacaq.

Son xəbərlər

Orphus sistemi