İsrailin Çindəki səfiri koronavirusa görǝ karantinǝ alındı

İsrailin Çindəki səfiri koronavirusa görǝ karantinǝ alındı İsrailin Çindəki səfiri Zvi Heifetz koronavirusunun yeni növünə yoluxmuş Cənubi koreyalı zəvvarlarla eyni reyslə uçub.
Digər ölkələr
23 Fevral , 2020 03:08
İsrailin Çindəki səfiri koronavirusa görǝ karantinǝ alındı

İsrailin Çindəki səfiri Zvi Heifetz koronavirusunun yeni növünə yoluxmuş Cənubi koreyalı zəvvarlarla eyni reyslə uçub.

“Report” xəbər verir ki, bu barədə “Walla” nəşri məlumat yayıb. Qeyd olunub ki, səfir Cənubi Koreya vətəndaşlarını Seula aparan təyyarədə olub.

Nəticədə diplomatın iki həftə ərzində öz evində karantində saxlanılması barədə qərar qəbul edilib.

Həmçinin, zəvvarlarla təmasda olduğuna görə İsraildən olan 30 məktəbli və iki müəllim də karantinə alınıb. 

Son xəbərlər

Orphus sistemi