Yuxarı

İsrailin BMT-dəki daimi nümayəndəsi: Qüds təşkilatın qərarından asılı olmayaraq İsrailin paytaxtı olacaq

İsrailin BMT-dəki daimi nümayəndəsi: Qüds təşkilatın qərarından asılı olmayaraq İsrailin paytaxtı olacaq
Dekabrın 6-da D.Tramp Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini or köçürməklə bağlı tapşırıq verib

Bakı. 17 dekabr. REPORT.AZ/ Qüds müzakirələr və səsvermə nəticələrinə rəğmən İsrailin paytaxtı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yahudi dövlətinin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Danni Danon Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməməsinə dair hazırlanan qətnaməyə münasibət bildirərkən deyib.

"Heç bir səsvermə mövcud reallığı dəyişməyəcək. Bu isə ondan ibarətdir ki, Qüds İsrailin paytaxtı olub və olacaq. Öz müttəfiqlərimizlə bərabər biz tarixi ədalətə dair mübarizəni davam etdirəcəyik", - deyə o bildirib.

Ərəb dövlətləri dekabrın 18-də Qüds ilə bağlı müvafiq qətnaməni səsverməyə çıxarmaq niyyətindədir. Onlar ABŞ-dan savayı TŞ-nın 14 üzvünün səsini almaq istəyir. Sənədin məqsədi Fələstin-İsrail münaqişəsinin nizamlanmasının mövcud prinsiplərini gücləndirməkdir. Prinsiplərə əsasən Qüdsün yekun statusu tərəflər arasında birbaşa danışıqlar zamanı müəyyən olunmalıdır. Qətnamədə ABŞ-ın adı hallanmayıb, lakin Qüdsə dair bir müddət əvvəl qəbul edilən qərarla bağlı təəssüf hissi vurğulanıb. 

Sənədin mətnində diqər ölkələrdən TŞ-ın qətnamələrinə zidd hər hansı addım atmamaq tələb edilir və Qüdsdə diplomatik missiyaların açılışından çəkinməyə çağırılır.

Qeyd edək ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini ora köçürməklə bağlı tapşırıq verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi