Yuxarı

İsrailin baş naziri Binyamin Netanyahunun məhkəməsi başlayır

​İsrailin baş naziri Binyamin Netanyahunun məhkəməsi keçiriləcək

415

Binyamin Netanyahu

Bu gün İsraildə ölkənin baş naziri Binyamin Netanyahunun məhkəmə prosesi keçiriləcək.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, ilk iclas bazar günü – mayın 24-də olacaq.

Agentliyin məlumatına görə, baş nazir prosesdə şəxsən iştirak etməli olacaq

Məhkəmə prosesi Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və ictimai etimadın pozulması ittihamları çərçivəsində keçiriləcək.

Daha əvvəl İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi