Yuxarı

İsraildən Qəzza vətəndaşlarına güzəştlər

​İsraildən Qəzza vətəndaşlarına güzəştlər

İsrail son bir neçə gün sərhəd ərazilərində nisbi sakitliyə görə Qəzza sektorunun vətəndaşlarına qarşı bəzi fövqəladə tədbirlərin tətbiqindən imtina edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdаfiə Nаzirliyinin Mətbuat mərkəzi məlumat yayıb.

Sanksiya tədbirlərinin dayandırılması haqqında qərar sərhəd sektorlarında raket atəşlərinin dayandırılmasından sonra İsrail hakimiyyəti tərəfindən qəbul edilib. Yəhudi dövlətinin hökuməti Qəzzanın təxminən 2 min sakininin ölkəyə girişinə icazə verib.

İsrail ordusunun general-mayoru Kamil Abu-Rukunun sözlərinə görə, bu gündən balıqçılıq zonası 15 dəniz milinə qədər genişləndiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi