İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq

İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq Bakı. 16 noyabr. REPORT.AZ/ İsraildə növbədənkənar parlament seçkilərin tarixi Knessetin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.
Digər ölkələr
16 Noyabr , 2018 17:50
İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ İsraildə növbədənkənar parlament seçkilərin tarixi Knessetin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu, ölkənin Baş naziri, Likkud Partiyasının lideri Benyamin Netanyahu ilə təhsil naziri, Bayt Yequhdi Partiyasının (“İsrail bizim evimizdir” Partiyası) lideri Naftali Benneta arasında noyabrın 16-da keçirilən görüşdən sonra məlum olub.

Növbədənkənar seçkilərin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 14-də İsrail Bizim Evimizdir Partiyasının başçısı Aviqdor Liberman müdafiə naziri vəzifəsindən istefa verdiyini, partiyanın isə koalisiyadan çıxdığını bildirib. 

Son xəbərlər

Orphus sistemi