Yuxarı

İsraildə koronavirusa yoluxanların sayı 10 mini keçdi

İsraildə koronavirusa yoluxanların sayı 10 mini keçdi
Dinlə

İsraildə son sutkada koronavirusa 340 yeni yoluxma faktı qeydə alınıb.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İsraildə son sutkada virusdan 13 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 92-yə çatıb. Ölənlər 37-98 yaş arasındadır. İsrail üzrə yoluxanların sayı isə 10 095 nəfərdir.

Qeyd edək ki, aprelin 12-də İsraildə Pesax bayramı günü başqa məhdudlaşdırıcı tədbirlər olmasa da maska taxmaq məcburi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi