İsraildə hərbi təlim zamanı qəza olub: iki hərbçi ölüb, 4-ü yaralanıb

İsraildə hərbi təlim zamanı qəza olub: iki hərbçi ölüb, 4-ü yaralanıb Hərbi təlim növbəti həftəyədək dayandırılıb
Digər ölkələr
27 Sentyabr , 2017 10:47
İsraildə hərbi təlim zamanı qəza olub: iki hərbçi ölüb, 4-ü yaralanıb
Israel Defense Forces/ Flickr

Bakı. 27 sentyabr. REPORT.AZ/ İsrail hərbçiləri Hollan təpələrində hərbi təlim keçirən zaman zirehli texnikanın qəzaya uğraması nəticəsində iki hərbçi ölüb, 2-sinin vəziyyəti ağır olmaqla 4 əsgər yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, ölən zabit və əsgər 411-ci taburda xidmət edirmiş.

Məlumata görə, hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb. İsrail Müdafiə Ordusunun quru qoşunları komandanı general-mayor Kobi Barak komissiyaya briqada generalı Mordehaem Kahanı sədr təyin edib. Hərbi təlim növbəti həftəyədək dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi