Bakı. 10 dekabr. REPORT.AZ/ İsrail "Xets-3" ("Ox") tipli raket hücumundan müdafiə sisteminin sınağını keçirib.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaq ABŞ-ın "MDA" agentliyi ilə birgə keçirilib. Mütəxəssislər sınağın nəticələrini təhlil edir.
Qeyd edək ki, bu silah "Arrow", "Xoma" adlı raket əleyhinə komplekslər qrupuna aiddir.