​İsrail XİN rəhbəri Avropa Birliyi ilə əlaqələrin pisləşəcəyini ehtimal edir

​İsrail XİN rəhbəri Avropa Birliyi ilə əlaqələrin pisləşəcəyini ehtimal edir "Fələstinlə danışıqların dalana dirənməsi AB-nin İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnə bilər"
Digər ölkələr
24 Dekabr , 2014 15:19
​İsrail XİN rəhbəri Avropa Birliyi ilə əlaqələrin pisləşəcəyini ehtimal edir

Bakı. 24 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun verdiyi bəyanatı dəstəklədiyini deyən ölkənin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, fələstinlilərlə bağlı məsələyə siyasi yanaşılmayanadək Avropa Birliyi (AB) ilə əlaqələr pisləşəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirin Tel-Əvivdəki universitetdə iş adamları ilə keçirdiyi qapalı toplantıda AB - İsrail münasibətlərinə dair açıqlamalar verdiyi qeyd edilib.

İsrail dövlət radiosunun məlumatına görə, o, ölkə baş nazirinin Fələstinə yönəlik yürütdüyü siyasətdə bacarıqsız olduğunu vurğulayıb: "Fələstinlilərlə bağlı məsələ siyasi yolla həll edilməyənədək AB - İsrail əlaqələri getdikcə pisləşək".

A.Liberman AB ilə əlaqələrin əhəmiyyətindən də danışaraq deyib ki, Fələstinlə danışıqların dalana dirənməsi qurumun İsrailə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnə bilər.

Son xəbərlər

Orphus sistemi