​İsrail xarici kəşfiyyat xidməti "Mossad"ın keçmiş rəhbəri ölüb

​İsrail xarici kəşfiyyat xidməti "Mossad"ın keçmiş rəhbəri ölüb O, İsrailin İrana qarşı ehtimal edilən hərbi əməliyyatlar keçirməsinin əleyhinə çıxırdı
Digər ölkələr
18 Mart , 2016 02:52
​İsrail xarici kəşfiyyat xidməti Mossadın keçmiş rəhbəri ölüb

Bakı. 17 mart. REPORT.AZ/ İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın keçmiş başçısı Meir Daqan martın 17-də 71 yaşında vəfat edib.

"Report" İsrail KİV-nə istinadən xəbər verir ki, bu haqda "Mossad"ın mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, Meir Daqan 2002-2011-ci illərdə "Mossad"a rəhbərlik edib.

Sonralar o, İsrailin İrana qarşı ehtimal edilən hərbi əməliyyatlar keçirməsinin əleyhinə çıxır, yəhudi dövlətinin indiki baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət açıq-aşkar tənqid edirdi.

Meir Daqanın dəfn tarixi bir müddət sonra açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi