İsrail və Fələstin arasında atəşkəs əldə olundu

İsrail və Fələstin arasında atəşkəs əldə olundu İsrail hərbçiləri ilə Fələstin qüvvələri arasında atəşkəs barədə razılaşma əldə olunub.
Digər ölkələr
25 Fevral , 2020 03:39
İsrail və Fələstin arasında atəşkəs əldə olundu

İsrail hərbçiləri ilə Fələstin qüvvələri arasında atəşkəs barədə razılaşma əldə olunub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Sky News Arabia” yayıb.

Qeyd olunub ki, razılaşma Misir və BMT-nin vasitəçiliyi ilə baş tutub.

Tərəflər arasında atəşkəs yerli vaxtla gecə yarısında ( Bakı vaxtı ilə - 02:00) qüvvəyə minib.

Bildirilib ki, tərəflər “zorakılığa son qoymağa” razılaşıblar.

Qeyd edək ki, İsrailin Qəzza zolağına endirdiyi raket zərbləri nəticəsində səkkiz fələstinli yaralanıb. Raketlərdən biri əl-Şicaiyə rayonunda yerləşən yaşayış binalarından birinə düşüb.

Son xəbərlər

Orphus sistemi