Yuxarı

İsrail Tel-Əvivin raket atəşinə tutulmasına cavab verib

İsrail Tel-Əvivin raket atəşinə tutulmasına cavab olaraq Qəzzaya raket zərbələri endirir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, fələstinli şahidlər İsrailin həmçinin təyyarələri də havaya qaldırdığını bildirirlər.

İsrail hərbçiləri öz növbələrinə "terrorçuların obyektləri"nə zərbələr endirdiklərini bəyan edirlər.

Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.

Bundan əvvəl Qəzza zolağından Tel-Əviv istiqamətində iki raket atıldığı xəbər verilmişdi. Onlardan birini tutmaq mümkün olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi