İsrail təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb - YENİLƏNİB-2

İsrail təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb - YENİLƏNİB-2 Bakı. 15 dekabr. REPORT.AZ/ İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb.
Digər ölkələr
15 Dekabr , 2017 20:22
İsrail təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb - YENİLƏNİB-2
AFP 2017 / Thomas Coex

Bakı. 15 dekabr. REPORT.AZ/ İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib. 

"Ümumilikdə, 13 nəfər döyüş, 47 nəfər rezin güllələrdən xəsarət alıb, 177 nəfər isə gözyaşardıcı qazdan zəhərlənib", - Fələstin Qızıl Ay Cəmiyyətinin mətbuat katibi Erab əl-Fukah bildirib. 


*** 17:29

İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 23 fələstinli xəsarət alıb.

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin rəhbərliyi məlumat verib.

Məlumata görə, fələstinlilərdən birinin vəziyyəti ağırdır.


*** 16:12

İsrail polisi Fələstin əhalisinin ənənəvi etiraz məkanı hesab edilən Dəməşq qapılarından Qüdsə gedən yolu bağlayıb, amma etirazçılar maneələri dəf edə bilib və tərəflər arasında qarşıdurma başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis nümayişçiləri meydandan çıxarır və ən aktiv etirazçıları saxlayır. Həkim briqadaları bir neçə yaralını xəstəxanaya aparıb.

Bunun ardından polis şəhərin şərq məhəllələrində yaşayan və namaz qılmaq üçün "Əl-Əqsa" məscidinə getmək üçün sakinlərin istifadə etdikləri Dəməşq qapılarını bağlayıb.

Etirazçılar polis maneələrini buradan da aşdıqdan sonra qarşıdurma yerinə atlı polis bölmələrinin əməkdaşları gəlib. 

Son xəbərlər

Orphus sistemi