İsrailin Hərbi Hava Qüvvələri Suriyanın cənub regionuna raket zərbəsi endirib.
"Report" SANA-ya istinadən xəbər verir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri hücumun qarşısını alıb.
Bildirilir ki, hava zərbəsi nəticəsində təkcə maddi ziyan dəyib.
Eyni zamanda, İsrail təyyarələri Təll əl-Hara təpəsinə hücum ediblər.