İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib

İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib Bakı. 30 iyun. REPORT.AZ/ İsrail suriyalı qaçqınları ərazisinə qəbul etməkdən imtina edib.
Digər ölkələr
30 İyun , 2018 03:53
İsrail suriyalı qaçqınları qəbul etməkdən imtina edib

Bakı. 30 iyun. REPORT.AZ/ İsrail suriyalı qaçqınları ərazisinə qəbul etməkdən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aviqdor Liberman bildirib.

"Biz İsrail dövlətinin təhlükəsizlik sahəsində maraqlarını müdafiə edəcəyik. Həmişə olduğu kimi, dinc sakinlərə - qadınlara, uşaqlara istənilən humanitar yardımı etməyə hazırıq. Lakin heç bir suriyalı qaçqını öz ərazimizə buraxmayacağıq", - deyə İsrailin "7-ci kanal"ı ona istinadən bildirib.

"Haaretz" qəzetinin məlumatına görə, İsrail ordusu cümə günü Suriyaya 300 çadır, 13 ton ərzaq, 15 ton uşaq qidası, həmçinin xeyli sayda tibb avadanlıqları və paltarlar göndərib.

Suriya ordusu ilə İsrail sərhədlərinin yaxınlığında "Cəbhət ən-Nüsrə" terror qruplaşmasına qarşı döyüşlər aparır. İsrail mətbuatının məlumatına görə, ölkənin Suriya ilə sərhədində 50 min qaçqın toplaşıb.

Son xəbərlər

Orphus sistemi