Yuxarı

İsrail Rusiya hərbi təyyarəsinin vurulmasında Suriyanı ittiham edir

İsrail Rusiya hərbi təyyarəsinin vurulmasında Suriyanı ittiham edir

Bakı. 18 sentyabr. REPORT.AZ/ İsrail Müdafiə Ordusu (İMO) yaydığı bəyanatda Rusiyaya məxsus İl-20 tipli kəşfiyyatçı təyyarəsinin vurulmasında bütün məsuliyyətin Suriyanın üzərində olduğunu bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, İMO bu məsələdə İranı və Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatını da ittiham edib.

Bəyanatda həmçinin İsrailin Rusiya təyyarəsilə bağlı hadisədən kədərləndiyi və məsələnin araşdırılması üçün lazımi məlumat verməyə hazır olduğu vurğulanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi