​İsrail rəsmisi: "Vatikanın qərarı bizi məyus etdi"

​İsrail rəsmisi: "Vatikanın qərarı bizi məyus etdi" Emmanuel Nahson: "Bu, barış prosesini təşviq etmir"
Digər ölkələr
14 May , 2015 10:06
​İsrail rəsmisi: Vatikanın qərarı bizi məyus etdi

Bakı. 14 may. REPORT.AZ/ "Vatikanın Fələstini dövlət kimi tanımasından məyus olduq". "Report" xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahson jurnalistlərə açıqlamasında belə deyib. 

O bildirib ki, Vatikanın Fələstini dövlət kimi tanıması qərarını İsrail məyusluqla qarşılayır: "Bu qərar barış prosesini təşviq etmir. Əksinə Fələstin hökumətini ikitərəfli danışıqlara (münaqişənin həlli ilə bağlı İsrail-Fələstin danışıqlarını nəzərdə tutur-S.İ.) başlamaqdan uzaqlaşdırır".

XİN sözçüsü vurğulayıb ki, İsrail bu məsələni araşdıracaq. 

Qeyd edək ki, Vatikan yeni müqavilə əsasında rəsmi olaraq, Fələstin dövlətini tanıyıb. İkitərəfli münasibətlərə dair sənədlər üzərində iş başa çatsa da, müqavilə hələ imzalanmayıb. Bu Fələstinlə Vatikan arasında ilk sənəddir. Vatikan Fələstin dövlətini tanıdığını bildirib.

Mayın 16-da Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas Vatikana səfər edəcək. Məlumata əsasən, o, Roma Papası Frantsisklə görüşəcək. Həmin səfər çərçivəsində yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Vatikan BMT Baş Assambleyasının 2012-ci ildə Fələstin dövlətinin tanınması haqda qəbul etdiyi qərarı alqışlamışdı. 

Son xəbərlər

Orphus sistemi