Yuxarı

İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbəsi endirib

Bakı. 12 yanvar. REPORT.AZ/ İsrail ordusu cümə günü sərhəddə iğtişaşlara cavab olaraq Qəzza zolağında HƏMAS-ın obyektlərinə iki zərbə endirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, havadan edilən ilk hücum, HƏMAS-ın anklavın şimalındakı müşahidə məntəqəsi olub.

Bundan bir neçə saat əvvəl Qəzza zolağı ilə sərhəddə "Qayıdış marşı"nın 42-ci mərhələsi keçirilib. İlkin məlumatlara görə, qarşıdurmalarda 13 minə yaxın insan iştirak edib.

Aksiya başlayandan bir qədər sonra fələstinlilər tərəfindən təhlükəsizlik hasarı tərəfə bir neçə partlayıcı maddə atılıb. Həmçinin fələstinlilərin sərhədin şimal hissəsində İsrail tərəfə keçmək cəhdi qeydə alınıb.

Hadisələrdən biri zamanı hərbçilər şübhəli şəxslər istiqamətində atəş açıblar və onlar digər hallarda olduğu kimi, Qəzzaya geri qayıdıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi