İsrail Qəzza zolağı ilə sərhədi açır

İsrail Qəzza zolağı ilə sərhədi açır Bakı. 21 oktyabr. REPORT.AZ/ İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir.
Digər ölkələr
21 Oktyabr , 2018 11:56
İsrail Qəzza zolağı ilə sərhədi açır

Bakı. 21 oktyabr. REPORT.AZ/ İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qəzza Zolağının Mülki İşlər Komitəsi məlumat yayıb.

"İsrail tərəfi bizə bazar günü normal rejimdə işləmək üçün "Erez" və "Kerem-Şalom" sərhəd-keçid məntəqələrini açacağını bildirib", — deyə mətndə qeyd olunub.

Bildirilir ki, məntəqələr kommersiya və humanitar yüklərin daşınması, həmçinin insanların keçidi üçün istifadə olunacaq.

Bundan əvvəl Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 6 fələstinlinin öldüyü bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi