Bakı. 27 mart. REPORT.AZ/ İsrail Prezidenti Reuven Rivlin korrupsiya ittihamı ilə bir ildən çoxdur həbsxanada olan ölkənin keçmiş baş naziri Ehud Olmertin əfv edilməsi ilə bağlı xahişi rədd edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, R.Rivlinin qərarı E.Olmerti vaxtından əvvəl şərti azadlığa buraxılması hüququndan məhrum etmir.
Ümumiyytlə, E.Olmertin məhkumluq müddətinin sonuna təxminən altı ay vaxt qalır. O, Qüdsdə "Holilend" nüfuzlu yaşayış kompleksinin tikintisinə yardım göstərməyin qarşılığında rüşvət qəbul etdiyinə görə il yarımlıq müddətə azadlıqdan məhrum olunub. Məhkəmə isə Olmertin istintaqın gedişinə maneə törətməyə cəhd etməsinə görə onun cəzasını 1 ay da artırıb.