İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib

İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib Bakı. 2 dekabr. REPORT.AZ/ İsrail polisi Bezeq telekommunikasiya korporasiyasına qarşı 4 min iş adlandırılan istintaqın yekunu üzrə ölkənin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Saraya qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.
Digər ölkələr
2 Dekabr , 2018 22:49
İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib

Bakı. 2 dekabr. REPORT.AZ/ İsrail polisi "Bezeq" telekommunikasiya korporasiyasına qarşı "4 min iş" adlandırılan istintaqın yekunu üzrə ölkənin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Saraya qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli "Kan" dövlət radiosu məlumat yayıb.

Radionun məlumatına görə, polis hesab edir ki, təhqiqatçılar baş nazir və həyat yoldaşı, həmçinin "Bezeq" şirkətinin sahibi Şaul Eloviçə qarşı dəlil bazası toplamağa müvəffəq olub.

Baş nazir Binyamin Netanyahu öz növbəsində buna cavab olaraq sözügedən tövsiyənin "hüquqi qüvvəyə malik olmadığını" bildirib.

"Elə bu yaxınlarda səlahiyyətli orqanlar bir sıra ictimai xadimlərə qarşı polisin tövsiyələrini rədd edib. Əminəm ki, bu halda da, onlar işi araşdıraraq, belə bir qənaətə gələcəklər ki, "heç bir şey yoxdur, çünki heç bir şey olmayıb", - deyə İsrail hökumətinin başçısı öz "Twitter" mikrobloqunda yazıb.

Bundan əvvəl İsrailin baş naziri avqust ayında polis tərəfindən dindirilib.

Son xəbərlər

Orphus sistemi