İsrail özünü müdafiə hüququnu dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib

İsrail özünü müdafiə hüququnu dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib Bakı. 3 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin özünü müdafiə etmək hüququnu dəstəklədiyi üçün Birləşmiş Ştatlara minnətdarlığını ifadə edib.
Digər ölkələr
3 Oktyabr , 2018 04:24
İsrail özünü müdafiə hüququnu dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib
Stephane Mahe/Reuters

Bakı. 3 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin özünü müdafiə etmək hüququnu dəstəklədiyi üçün Birləşmiş Ştatlara minnətdarlığını ifadə edib.

“Report” xəbər verir ki, o bunu "Facebook" səhifəsində yazıb.

"Mən İsrailə göstərdikləri sədaqət və yaxın on il üçün ayrılan maliyyə paketinə görə, Amerika administrasiyası və Konqresinə minnətdarlığımı bildirirəm", - deyə Netanyahu qeyd edib.

O bildirib ki, ABŞ-ın İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləməsi iki ölkə arasında mövcud olan davamlı münasibətlərin sütunlarından biridir.

Son xəbərlər

Orphus sistemi