​İsrailin keçmiş baş nazirinin cəzası ağırlaşdırılıb

​İsrailin keçmiş baş nazirinin cəzası ağırlaşdırılıb Ehtut Olmert rüşvətxorluqda ittiham olunub
Digər ölkələr
25 May , 2015 11:46
​İsrailin keçmiş baş nazirinin cəzası ağırlaşdırılıb

Bakı. 25 may. REPORT.AZ/ İsrailin keçmiş baş naziri Ehud Olmertin 6 illik həbs müddətinə 8 ay da əlavə olunub. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərə görə, Qüds dairə Məhkəməsi keçmiş hökumət başçısını dələduzluq və etibardan sui-istıfadə maddələri ilə günahlandıraraq, hazırkı həbs müddətinin üzərinə daha 8 ay əlavə edib. E.Olmert bu dəfə etibardan sui-istfadə edərək, ABŞ vətəndaşı olan iş adamı Moris Talanskidən iri məbləğdə pul almaqda ittiham edilib. M.Talanski bidlrib ki, E.Olmert ondan aldığı minlərlə dolları siyasi məqsədlər üçün deyil, şəxsi ehtiyaclarını ödəmək üçün də xərcləyib.

Qeyd edək, İsrailin keçmiş baş naziri Ehud Olmert rüşvətxorluqda ittiham olunaraq 2014-cü ildə 6 il müddətinə azadlıqdan məhrum edilib. O özü, bu ittihamları rədd edir. 

Son xəbərlər

Orphus sistemi