Bakı. 21 dekabr. REPORT.AZ/ İsrail hökuməti İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikilməsi üzrə yeni planını açıqlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məskunlaşma fəaliyyətinin inkişafı üzrə birgə strateji plan İsrailin İnşaat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Yəhudi Milli Fondu tərəfindən işlənib hazırlanıb.
Plan İordan vadisində qarşıdakı onillikdə 10 min nəfərin yerləşməsinə imkan verəcək üç yeni yaşayış məntəqəsinin inşasını və hazırda mövcud olanların genişləndirilməsini nəzərdə tutur.
"Bu gün İordan vadisində 20 yaşayış məntəqəsi var və burada 4400 adam məskunlaşıb. İordan vadisində yaşayış məntəqələrinin artırılması istiqamətində səylərin bir hissəsi olaraq Tikinti Nazirliyi üç yeni yaşayış məntəqəsinin inşasını lazım bilib", - İnşaat Nazirliyinin saytında yazılıb.