İsrail Hevronda yeni yəhudi yaşayış məntəqələrinin inşasını planlaşdırır

İsrail Hevronda yeni yəhudi yaşayış məntəqələrinin inşasını planlaşdırır İsrailin Müdafiə naziri Naftali Bennet İordan çayının Qərb sahili bölgəsində yerləşən Hevron şəhərində yeni yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı müvafiq tapşırıq verib.
Digər ölkələr
2 Dekabr , 2019 03:32
İsrail Hevronda yeni yəhudi yaşayış məntəqələrinin inşasını planlaşdırır

İsrailin Müdafiə naziri Naftali Bennet İordan çayının Qərb sahili bölgəsində yerləşən Hevron şəhərində yeni yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı müvafiq tapşırıq verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Hevron şəhəri fələstinlərlər və yəhudilər arasında bölünüb və münaqişənin hazırkı gərginliyi dövründə əsas “qaynar nöqtə”lərdən biri hesab edilir.

Nazir müvafiq bildirişin şəhərin ərəb bələdiyyəsinə göndərilməsi ilə bağlı da göstəriş verib.

Yeni yaşayış massivi 1990-cı illərin ortalarında bağlanan bazarın yerində tikiləcək. 

Qeyd olunub ki, ərəb əhalisinin evlərin birinci mərtəbələrində yaşamaq hüquqları qorunacaq. 

Son xəbərlər

Orphus sistemi