Yuxarı

İsrail hərbçiləri TRT-nin müxbirini saxlayıb

İsrail hərbçiləri TRT-nin müxbirini saxlayıb

Bakı. 6 avqust. REPORT.AZ/ İsrail hərbçiləri Türkiyənin TRT televiziya kanalının əməkdaşı, fələstinli müxbir İbrahim Rantisi saxlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onun İordan çayının Qərb sahilindəki evində axtarış aparılıb. 

O, son bir həftə ərzində İsrail hərbçiləri tərəfindən saxlanılan 6-cı fələstinli jurnalistdir. İyulun 30-da “Əl-Qüds” telekanalında işləyən 4 müxbir və avqustun 1-də radionun bir əməkdaşı tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi