Yuxarı

İsrail "Həmas"ın düşərgəsinə hava zərbəsi endirib

İsrail "Həmas"ın düşərgəsinə hava zərbəsi endirib
Bu addım yəhudi dövləti istiqamətində atılmış raketə cavab olaraq atılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri (HHQ) yəhudi dövləti istiqamətində atılmış raketə cavab olaraq, "Həmas"ın Qəzza zolağının cənubunda yerləşən hərbiləşdirilmiş düşərgəsinə aviazərbə endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin məlumatında bildirilir.

"İsrail HHQ Qəzza zolağından endirilən raket zərbəsinə cavab olaraq, anklavın cənubi hissəsində "Həmas"ın hərbi düşərgəsinə zərbə endirib", — deyə məlumatda qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi