İsrail etiraz əlaməti olaraq BMT-nin maliyyələşdirilməsini azaldıb

İsrail etiraz əlaməti olaraq BMT-nin maliyyələşdirilməsini azaldıb Yəhudi dövləti üzvlük haqqını 6 milyon dollar azaldacaq
Digər ölkələr
7 Yanvar , 2017 09:01
İsrail etiraz əlaməti olaraq BMT-nin maliyyələşdirilməsini azaldıb

Bakı. 7 yanvar. REPORT.AZ/ İsrail BMT Təhlükəsizlik Şurasının ölkədən işğal olunmuş Fələstin torpaqlarında yaşayış məskənlərinin tikintisini dayandırmağı tələb edən qətnaməsinə cavab olaraq qurumun büdcəsinə köçürdüyü üzvlük haqqını 6 milyon dollar azaldacaq.

"Report" xəbər verir ki, bu barədə yəhudi dövlətinin BMT yanındakı daimi nümayəndəliyi məlumat verib.

"Bu məbləğ BMT-nin anti-İsrail strukturlarının maliyyələşdirilməsinə ayırdığı vəsaitin yarısına bərabərdir. İsrail üçün belə agentlikləri saxlamaq ağılsızlıqdır", - deyə diplomatik nümayəndəliyin "Facebook" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi