Bakı. 1 avqust. REPORT.AZ/ Qəzza zolağının yaxınlığında İsrail hərbçiləri gənc fələstinlini güllələyiblər. "Report"-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əsgərlər onlara daş atan bir qrup fələstinliyə atəş açıblar.
Bildirilir ki, 17 yaşlı Məhəmməd Al-Masri aldığı yaralardan hadisə yerində keçinib.