İsrail BMT-yə etiraz əlaməti olaraq üzvlük haqqını 2 milyon dollar azaldıb

İsrail BMT-yə etiraz əlaməti olaraq üzvlük haqqını 2 milyon dollar azaldıb Buna BMT-nin İsrail əleyhinə qəbul etdiyi qətnamələr olub
Digər ölkələr
30 Mart , 2017 01:57
İsrail BMT-yə etiraz əlaməti olaraq üzvlük haqqını 2 milyon dollar azaldıb

Bakı. 30 mart. REPORT.AZ/ İsrail yəhudi dövlətinin siyasətinə qarşı tənqid dolu yeni qətnamələrə etiraz əlaməti olaraq BMT-nin büdcəsinə üzvlük haqqını 2 milyon dollar azaltmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Ofir Qendelman "Twitter"də yazıb.

Bildirilir ki, belə bir qərarın qəbul olunmasına BMT-nin İnsan Haqları Şurasının (İHŞ) bu yaxınlarda qəbul etdiyi sənədlər səbəb olub.

"İsrail BMT İHŞ-nin İsrail əleyhinə qəbul etdiyi qətnamələrdən sonra ödədiyi üzvlük haqqından 2 milyonunu çıxır", - deyə o yazıb.

İsrailin BMT büdcəsinə illik üzvlük haqqı təqribən 11 milyon dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi