İsrail BMT Təhlükəsizlik Şurasına üzvlük üçün namizədliyini geri götürüb

İsrail BMT Təhlükəsizlik Şurasına üzvlük üçün namizədliyini geri götürüb BMT Baş Assambleyasında seçkilər gələn ay keçirilməlidir
Digər ölkələr
5 May , 2018 01:50
İsrail BMT Təhlükəsizlik Şurasına üzvlük üçün namizədliyini geri götürüb

Bakı. 5 may. REPORT.AZ/ İsrail cümə günü 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüklə bağlı irəli sürdüyü namizədliyini geri götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, ölkə hökuməti BMT TŞ-nin qeyri-daimi üzvlər tərkibinə daxil olmaq şanslarının aşağı olması səbəbindən bu qərarı qəbul edib.

Qərbi Avropa və digər ölkələr qrupundan Təhlükəsizlik Şurasında iki yerə İsrail ilə yanaşı Belçika və Almaniya da iddialıdır. BMT Baş Assambleyasında seçkilər gələn ay keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi