İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır Kreml hələlik belə görüşün olacağını bildirməyib
Digər ölkələr
20 Avqust , 2017 01:42
İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

Bakı. 20 avqust. REPORT.AZ/ İsrail baş naziri Benyamin Netenyahu avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. “Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdəki vəziyyətin müzakirə olunması gözlənilir.

İsrail hökumət başçısının dəftərxanasından daxil olan məlumata görə, son 2 il ərzində Netenyahu və Putin dəfələrlə görüşərək Suriyada İsrail və Rusiya hərbi-hava qüvvələrinin ola biləcək toqquşmasının qarşısının alınmasını müzakirə ediblər və bu günədək bu uğurlu alınıb.

Kreml hələlik belə görüşün olacağını bildirməyib.

Son xəbərlər

Orphus sistemi