İsrailin baş naziri Binyamin Netanyahu özünə və ailəsinə qarşı ölüm təhdidləri aldıqdan sonra polisə şikayət ərizəsi ilə müraciət edib.
“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində məlumat verib.
Baş nazirin sözlərinə görə, iyunun 1-də o, naməlum şəxsin cinayəti necə törədəcəyi yazılmış növbəti təhdid mesajını alıb.
Xatırladaq ki, B.Netanyahunu ötən ilin noyabr ayında da “Facebook”dan təhdid edirdilər. Həmin zaman o, polisdən dərhal istintaq başlatmağı istəmişdi.