Yuxarı

İsrailin aviazərbəsi nəticəsində iki suriyalı hərbçi həlak olub - YENİLƏNİB

İsrailin aviazərbəsi nəticəsində iki suriyalı hərbçi həlak olub - YENİLƏNİB
İsrail tərəfi Suriyanın iki tankına və artilleriya mövqelərinə hava zərbəsi endirib
© AFP

Bakı. 24 iyun. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə endirdiyi

hava zərbələri zamanı iki hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Əl-Mayadin" telekanalı xəbər yayıb.

"Suriya ordusunun Colan Yüksəkliklərinin azad olunmuş hissəsindəki mövqelərindən birinə endirilən aviazərbə nəticəsində (İsrail) iki hərbçi həlak olub", - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail tərəfi Suriyanın iki tankına və artilleriya mövqelərinə hava zərbəsi endirdiyi barədə məlumat yayıb.


***19:03

Bakı. 24 iyun. REPORT.AZ/ İsrail aviasiyası Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.

Hərbçilər mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər.

İsrail tərəfi itki vermədiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi