Yuxarı

İsrail aviasiyası Qəzzada 160 mövqeyə hücum edib

İsrail aviasiyası Qəzzada 160 mövqeyə hücum edib

Bakı. 14 noyabr. REPORT.AZ/ İsrail aviasiyası Qəzza zolağı ərazisində 160 hədəfə hücum edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə ordusunun mətbuat xidməti öz "Twitter" səhifəsində məlumat yayıb.

Həmçinin bildirilir ki, İsrail tərəfi ötən sutka ərzində Fələstindən atılan 460 raket və minanın 100-dən çoxunu tutub.

Bundan əvvəl Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas Qəzza zolağında gərginliyin artması üzündən xarici səfərini yarımçıq qoyaraq vətənə qayıtmaq qərarına gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi