İspaniyanın yeni hökumətində 11 qadın nazir yer alıb

İspaniyanın yeni hökumətində 11 qadın nazir yer alıb Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın Sosialist Fəhlə Partiyası tərəfindən yaradılmış yeni hökumətin üzvlərinin əksəriyyəti qadınlardır.
Digər ölkələr
6 İyun , 2018 23:50
İspaniyanın yeni hökumətində 11 qadın nazir yer alıb

Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın Sosialist Fəhlə Partiyası tərəfindən yaradılmış yeni hökumətin üzvlərinin əksəriyyəti qadınlardır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes mətbuat konfransında bildirib.

VI Filippin dövlət başçısı olduğu yeni hökumətin tərkibini açıqlayan baş nazir qeyd edib ki, hökumətdəki 17 nazirdən 11-i qadındır. Sançesin sözlərinə görə, bu fakt hökumətin prioritetinin kişilərlə qadınlar arasında hüquq bərabərliyinin təmin edilməsindən ibarət olacağını əks etdirir.

İspaniyada hökumət rəhbərinin müavini Karmen Kalvo olub. O, həmçinin Hüquq Bərabərliyi üzrə Nazirliyə rəhbərlik edib.

Ölkənin Xarici İşlər Nazirliyinə Avropa Parlamentinin keçmiş rəhbəri Jozep Borrel rəhbərlik edəcək. Yeni iqtisadiyyat naziri isə Nadiya Kalvinyodur.

Son xəbərlər

Orphus sistemi