​İspaniyanın XİN başçısı: "Kataloniyada tammiqyaslı qiyam olub"

​İspaniyanın XİN başçısı: "Kataloniyada tammiqyaslı qiyam olub" Manuel Qarsia-Marqalo: "1640, 1714, 1931 və 1934-cü illərdə də bu məsələ baş qaldırıb"
Digər ölkələr
2 Noyabr , 2015 17:20
​İspaniyanın XİN başçısı: Kataloniyada tammiqyaslı qiyam olub

Bakı. 2 noyabr. REPORT.AZ/ "Kataloniyada tammiqyaslı qiyam olub. Belə qiyamlarla rastlaşanda onlar yatırılır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Manuel Qarsia-Marqalo ölkənin Kataloniya əyalətində baş verənlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vəziyyət iki problem nəticəsində dərinləşib: qiyam siyasi qüvvələr tərəfindən deyil, dövlət orqanları tərərfindən təhrik edilib, iğtişaş salanlar Kataloniya cəmiyyətini iki hissəyə bölərək əyalətin ictimaiyyətini İspaniya əhalisinin o biri hissəsi ilə üz-üzə qoyub.

Nazir deyib ki, qanunu pozanlara mane olmaq lazımdır.

M.Marqalo qeyd edib ki, Kataloniya məsələsi indi yaranmayıb: "1640, 1714, 1931 və 1934-cü ilərdə də bu məsələ baş qaldırıb. Hər dəfə İspaniyada böhran olanda gərginlik yaranır. Budəfəki qiyam 2008-ci ildə baş verən iqtisadi böhranla bağlıdır".

Onun sözlərinə görə, Kataloniyanın başçısı Artur Mas hökumət başına gəldiyi ilk gündən müstəqillik əldə etməyə çalışıb: "O, müstəqillik elan etmək üçün dövlət idarəetmə insititutlarında tammiqyaslı qiyam vasitəsiilə buna nail olmaq istəyir. Beynəlxalq ictimaiyyət, BMT və Avropa Birliyi Kataloniyanın müstəqilliyini tanımayacaq".

Qeyd edək ki, sentyabrın 27-də əyalət parlamentinə keçirilən seçkilərdə mütləq qələbə qazanmış "Junts pel Si" koalisiyası və "Milli Birliyin namizədləri" ötən həftə İspaniyanın Kataloniya əyalətin müstəqilliyi prosesinin başladığını elan ediblər.

İspaniyanın baş naziri Mariano Raxoy isə baş verənlərlə bağlı bunları deyib: "Qərar qəbul etmək lazım olanda hökumət qorxusundan əsir".

Son xəbərlər

Orphus sistemi