Yuxarı

İspaniyanın baş naziri : “Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilməyəcək”

Mariano Raxoy: “Bunun anti-konstitusion olduğuna dair iddia qaldırılıması barədə tapşırıq vermişəm”

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilməyəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Mariano Raxoy bildirib.

“Kataloniya hökumətinin qərarı separatçı xarakter daşıyır. Mən Konsitusiya Məhkəməsində referendum qərarının anti-konstitusion olduğuna dair iddia qaldırılıması barədə tapşırıq vermişəm. Öz müqəddəratını təyinetmə referendumu olmayacaq”, - deyə Raxoy vurğulayıb.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 1-də müstəqilliklə bağlı referendumun keçirilməsi haqqında qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi