İspaniyanın baş naziri Kataloniya hökumətinin buraxıla biləcəyini bildirib

İspaniyanın baş naziri Kataloniya hökumətinin buraxıla biləcəyini bildirib Mariano Rahoy sərt addımların atılacağını istisna etməyib
Digər ölkələr
8 Oktyabr , 2017 06:53
İspaniyanın baş naziri Kataloniya hökumətinin buraxıla biləcəyini bildirib

Bakı. 8 oktyabr. REPORT.AZ / İspaniyanın baş naziri Mariano Rahoy lazım olduğu təqdirdə Kataloniya muxtariyyətinin hökumətini buraxmaq hüququndan yararlanacağını bildirib.

"Report" xəbər verir ki, "El Pais" qəzetinə müsahibə zamanı junralist ona - region hökumətlərini buraxmaq hüququ verən İspaniya Konstitusiyasının 155-ci maddəsindən yararlanmağa hazır olub-olmadığını soruşub.

Cavabında baş nazir qanunvericilik çərçivəsində heç bir şeyin istisna olmadığını bildirib.

"Ən yaxşı halda sərt addımlardan yayınmaq istərdik. Lakin, bunun üçün vəziyyətin dəyişməsinə ehtiyac var”, - deyə o bildirib. İspaniyanın hökumət başçısının sözlərinə görə, müstəqillik xülyası ilə yaşayan Kataloniya hökuməti referendumun nəticələrini ləğv etməlidir. O bildirib ki, hazırki vəziyyət davam etsə, hamı üçün pis nəticələrə gətirib çıxaracaq.

O əmin edib ki, vəziyyət sakitləşməyincə İspaniya polisi və qvardiyanın bir hissəsi Kataloniya ərazisində qalacaq.

Oktyabrın 1-də İspaniyanın Kataloniya muxtar vilayətində regionun müstəqilliyi haqqında referendum keçirilib. Polislə iğtişaşlar nəticəsində 700-dən çox insan xəsarət alıb. Kataloniya hökumətinin elan etdiyi nəticələrə görə referendumda iştirak edənlərin 90%-i Kataloniyanın müstəqilliyinə səs verib. İspaniya hökuməti referendumun nəticələrini tanımayıb.

Son xəbərlər

Orphus sistemi