Yuxarı

İspaniyada helikopterin təyyarə ilə toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

​İspaniyada helikopter təyyarə ilə toqquşub, 7 nəfər ölüb

İspaniyanın Malyorka adasında helikopterin kiçik təyyarəyə çırpılması nəticəsində ölənlərin sayı artıb. 

Bu barədə "Report" "El Periodico"ya istinadən xəbər verir. 

Bildirilir ki, qəza zamanı 7 nəfər həlak olub. Onlardan 2-i yetkinlik yaşına çatmayanlardır. Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

 Qeyd edək ki, hər iki hava gəmisi İnka şəhəri yaxınlığında yerə düşüb. Daha əvvəl qəza zamanı 5 nəfərin öldüyü bildirilirdi.

Hadisə ilə bağlı təhqiqat aparılır. 


***17:46

İspaniyanın Malyorka adasında vertolyot kiçik təyyarəyə çırpılıb.

“Report” "Diario de Malyorka" nəşrinə istinadən xəbər verir ki, hər iki hava gəmisi İnka şəhəri yaxınlığında yerə düşüb.

Qəza avqustun 25-də baş verib. Hadisə zamanı azı 3 nəfər həyatını itirib.

"Seksta" telekanalının əməkdaşları 5 nəfərin öldüyünü xəbər veriblər. Ölənlər arasında vertolyotun iki heyət üzvü və təyyarədə olan 3 nəfər var.

Xilasedicilər 4 nəfərin öldüyünü təsdiq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi