İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb O, avtomobili tərk edərək hadisə yerindən qaçıb
Digər ölkələr
23 Avqust , 2017 06:04
İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

Bakı. 23 avqust. REPORT.AZ/ İspaniyada naməlum sürücü idarə etdiyi saxta seriya nişanlı avtomobili polis maşınına çırpıb.

"Report"un məlumatına görə, bu barədə "El Pais" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Alikante vilayətində baş verib. Hadisəni törətmiş şəxs polisdən gizlənməyə çalışıb. O, avtomobili tərk edərək ərazidən qaçıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, son günlər İspaniyada terrrorçuların fəallığı hiss edilir. Avqustun 17-də başqa bir sürücü avtomobili Barselonanın mərkəzində insanların üstünə sürüb. Nəticədə 15 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. 

Avqustun 18-ə keçən gecə isə Kambrilsdə terror aktı törədilib.

Son xəbərlər

Orphus sistemi