İspaniyada məscidə atəş açılıb

İspaniyada məscidə atəş açılıb İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar.
Digər ölkələr
24 İyun , 2019 13:12
İspaniyada məscidə atəş açılıb

İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Efe” agentliyi məlumat yayıb.

Hadisə Afrikanın şimalında - Mərakeşlə sərhəddə yerləşən anklavda, Seuta muxtar şəhərində baş verib. İki nəfər məscidə hücum edib və 4 dəfə atəş açıblar. Xəsarət alan olmasa da məsciddə ibadət edən insanlar arasında vahimə yaranıb. 

Silahlı şəxslər hadisə yerindən qaçıblar. 

Son xəbərlər

Orphus sistemi