Yuxarı

İspaniyada leysan yağışları nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

​İspaniyada leysan yağışları nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

İspaniyanın cənub-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti ölkənin Mülki Qvardiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Benferi bələdiyyəsində (muxtar Valensiya birliyinin) cəsəd aşkarlanıb. Ölən şəxs 58 yaşlı kişidir. O, Redovan bələdiyyəsinin sakini imiş. Güman edilir ki, həmin şəxs su axınında həlak olub.

Daha əvvəl bildirilirdi ki, Əndəlüs muxtar bölgəsində leysan yağışları nəticəsində azı 2 nəfər ölüb. Əlverişsiz havalarla bağlı məktəblərdə dərslər təxirə salınıb. 

Leysan yağışlar səbəbindən bəzi yollar bağlanıb, daşqınlar baş verib, dəmir yollarının fəaliyyətində fasilələr yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi