İspaniyada koronavirusdan ölənlərin sayı 22 minə çatır

İspaniyada koronavirusdan ölənlərin sayı 22 minə çatır İspaniyada ötən sutkada 435 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
22 Aprel , 2020 13:17
İspaniyada koronavirusdan ölənlərin sayı 22 minə çatır

İspaniyada ötən sutkada 435 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 717-yə çatıb.

Bundan başqa, ölkədə daha 4 211 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 208 389-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 571 000-i ötüb. Bunların 701 070 nəfəri sağalıb, 178 281 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi